ABŞ-da Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə imzalanıb
“İNFONEWS” xəbər verir.
ABŞ-ın Florida ştatının Mayami-Deyd şəhərinin meri Daniella Cava və Aventura şəhərinin meri Enid Veysman 18 oktyabr Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Bəyannamə imzalayıb.
Şəhərlər merləri ölkəmizin 30 illik müstəqilliyi ilə münasibəti ilə Azərbaycan xalqını və ABŞ-da yaşayan Azərbaycan icmasını təbrik ediblər. Onlar Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının aktiv fəaliyyətini vurğulayaraq, təşkilatın sədri Töhfə Eminovaya təşəkkürlərini bildiriblər.
“Ölkəmizin ən çətin günlərində birliyimiz və bərabərliyimiz üçün dayanmadan çalışdıq. Bu gün şəhər merlərinin bizi təbrik etməsi və icmamızın fəaliyyətini qiymətləndirməsi bizim üçün böyük uğurdur. Bu fəaliyyətimizi bundan sonra daha da inkişaf etdirəcəyik”
Bunu Azərbaycan icmasının birliyini özündə təcəssüm etdirən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova xüsusilə qeyd edərək söyləyib və təşkilatın yarandığı gündən Florida şəhərinin rəsmiləri ilə sıx əməkdaşlıq şəraitində çalışmasını bir daha vurğulayıb.
Bəyannamə təşkilatın aktiv üzvlərindən olan Florida Beynəlxalq Universitetinin tələbəsi Aydın Eminova təqdim olunub.