Bu gündən Azərbaycanda ov mövsümü açılır

Bu gündən Azərbaycanda ov mövsümü açılır

“İNFONEWS” xəbər verir.

“Sabahdan Azərbaycanda ov mövsümü açıq elan edilir”

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev dünən bildirib.

Onun sözlərinə görə, Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və ov mövsümünün açıq elan edilməsinə qərar verilib:

“Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün 8 oktyabr 2021-ci il tarixindən etibarən açılması qərara alınıb”.

Qeyd edək ki, ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan ETSN-nin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir