Sabahdan Fransız-Azərbaycan əmək və karyera sərgisi başlayır

Sabahdan Fransız-Azərbaycan əmək və karyera sərgisi başlayır

“İNFONEWS” xəbər verir.

Oktyabrın 15-də UFAZ-da (Azərbaycan-Fransız Universiteti) saat 09.30–dan 18.30-dək Fransız-Azərbaycan əmək və karyera sərgisi təşkil ediləcək.

Əmək və karyera sərgisi Fransada ali təhsil və gənc azərbaycanlı istedadlar üçün peşə perspektivləri təklif edir.

Peşəkar gələcəyinizi hazırlamaq istəyirsiniz, Fransada ali təhsil almağı planlaşdırırsınız və ya artıq bunu reallaşdırmısınız, Fransa-Azərbaycan şirkətlərinin təklif etdiyi məşğulluq perspektivləri ilə tanış olmaq istəyirsiniz, elə isə bu gün sizin üçün nəzərdə tutulub.

Proqramla tanış olun və hamılıqla tədbirə gəlin!

Tədbir Nizami küçəsində yerləşən UFAZ-da təşkil ediləcək. Giriş peyvənd pasportunun və ya COVID-19 əleyhinə immun sertifikatının təqdim edilməsilə sərbəst olacaq. Saat 09:30-10:00-da baş tutacaq rəsmi açılış mərasimi üçün zalın qəbuletmə potensialı nəzərə alınaraq onlayn qeydiyyat artıq başa çatıb.

Sərgi Azərbaycan təhsil sisteminin bütün pillələrində (dil, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) təhsil alan gənclərə ( şagirdlərə, tələbələrə, gənc peşəkarlara) fransız ali təhsil sisteminin azərbaycanlı məzunlarına təklif olunan karyera və əmək perspektivləri ilə tanış olmağı təklif edir.

Sərgi Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri ilə (rəhbərləri, işə götürənləri, müşavirləri) dialoq qurmağa və Fransada ali təhsillərini davam etdirmiş bir çox azərbaycanlı məzunların uğur yolu ilə tanış olmağa imkan verir.

Sərgi haqqında ətraflı məlumat ilə qeyd olunan linkdən tanış olmaq mümkündür:

https://drive.google.com/file/d/1GffUY9PlLu7HQoGNrzBFEHbJMMHZXi94/view

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir