“Kreşendo-Simurq” layihəsi proqrama qəbulu açıq elan edir

“Kreşendo-Simurq” layihəsi proqrama qəbulu açıq elan edir

“İNFONEWS” xəbər verir.

E L A N

Simurq Təhsil Fondu və “Addım.at”ın əməkdaşlığı ilə həyata keçirilən “Kreşendo-Simurq” layihəsi proqrama qəbulu açıq elan edir!

Layihəyə Aprel döyüşləri, Tovuz döyüşləri və II Qarabağ müharibəsi zamanı Şəhid və ya Qazi olan şəxslərin övladları, bacı-qardaşları və digər I dərəcəli ailə üzvləri müraciət edə bilərlər. Yaş aralığı 16-30-dur. Layihə ödənişsizdir.

Qeyd edək ki, yalnız 100 nəfərin iştirak haqqı qazanacağı layihə “Addım.at” şəxsi-inkişaf platforması və “İş marafonu” karyera planlaşdırılması proqramlarından ibarət olacaqdır.

Müraciət üçün aşağıdakı qeydiyyat formasını doldurub təqdim etməniz kifayətdir:
https://forms.gle/RbWnuhjTBDCnakaT9

Son müraciət tarixi: 25 oktaybr

Elanı paylaşıb dəstək olmanızı xahiş edirik.

UĞURLAR !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir