Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış “Qarabağ” – “Səbail” oyunu ilə bağlı yekun qərar verilib.
İNFONEWS PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın vaxtı dəyişdirilib. Görüş əvvəldən nəzərdə tutulduğu kimi fevralın 8-də deyil, yanvarın 28-də keçiriləcək.
Xatırladaq ki, Peşəkar Futbol Liqası koronavirus səbəbindən Azərbaycan Premyer Liqasının və kubokunun təqviminə dəyişiklik edib.