Nazirlikdən məktəblərin bağlanması xəbərinə aydınlıq gətirilib
“İNFONEWS” xəbər verir.
Təhsil Nazirliyi məktəblərin bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Qurumun mətbuat katibi Cəsarət Valehov qeyd edib ki, sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan “xəbər” dezinformasiya xarakterlidir.
Qeyd edək ki, sosial şəbəkələrdə məktəblərin noyabrın 1-dən bağlanacağı ilə əlaqədər məlumatlar yayılıb.