Böyük Britaniyada Qlobal İnvestisiya Zirvəsi keçirilib
“İNFONEWS” xəbər verir.
Böyük Britaniyada Qlobal İnvestisiya Zirvəsi keçirilib.
Baş nazir Boris Conson Britaniyaya qoyulan investisiyaları artırmaq üçün hazırlanan Qlobal İnvestisiya Zirvəsində iştirak edən ən nüfuzlu 20 korporativ rəhbərlə görüşüb.
Bill Qeyts, Cemi Deymon, Stefan Şvarzman, Ces Steli və Ana Botinin də daxil olduğu 200 iş adamı Zirvədə iştirak edib.
Baş nazir Boris Conson, inkişafına görə iqlim böhranının koronavirus pandemiyasından daha zərərli olduğunu və özəl sektorun iqlim böhranı ilə mübarizə üçün milyonlar xərclənməli olduğunu bildirib.
Baş nazir söyləyib: “Həyat tərzimizi təhdid edən və nəticədə koronavirusdan daha təhlükəli olan iqlim dəyişikliyi ilə üzləşirik. Bir neçə həftədən sonra dünya Qlazqoda bir araya gələcək. Ümid edirəm hamınız orada olacaqsınız, çünki COVID-19-dan çıxarılan dərs tamamilə aydındır. Alimləri dinləməliyik. Hökumətin təcili müdaxiləsinə ehtiyacımız var, ancaq bazarları da səfərbər etməliyik. Biz özəl sektoru da bu işə cəlb etməliyik”.
Həmçinin görüşdə Krallıq daxilində yaşıl texnologiyanın dəyərini azaltmaq və iqlim böhranının həllinə investisiya qoymaq üçün hökumət ilə Bill Qeytsin qeyri-kommersiya təşkilatı “Breakthrough Energy” arasında 400 milyon funt sterlinqlik tərəfdaşlığın qurulacağı açıqlanıb.
Zirvə çərçivəsində xarici investorlar ilə 18 ticarət və investisiya müqaviləsi bağlanıb və investisiyalar nəticəsində 30 min insanın işlə təmin ediləcəyi qeyd olunub.
(AZƏRTAC)