Azərbaycanda bu gün koronavirusa yoluxma SAYI – 20 oktyabr
“İNFONEWS” xəbər verir.
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2303 yoluxma faktı qeydə alınıb, 1010 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 507 min 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 480 min 685 nəfər müalicə olunaraq sağalıb, 6 min 809 nəfər vəfat edib. Aktiv xəstə sayı 20 min 363 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 75, bu günə qədər isə ümumilikdə 5 milyon 56 min 819 test icra olunub.