Şamaxıda 600-ə yaxın daimi iş yeri açılıb
“İNFONEWS” xəbər verir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası, sahibkarlar üçün yaradılan əlverişli şərait Şamaxı rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır.
Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, doqquz ayda Şamaxıda 59-u mövcud müəssisələrdə, 473-ü fiziki şəxslər tərəfindən olmaqla, 559 yeni iş yeri açılıb. Açılan iş yerlərinin hamısı daimidir. Bundan başqa, yüzlərlə sakin üzümçülük, heyvandarlıq və digər sahələrdə mövsümi işlərdə də çalışır.