Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
“İNFONEWS” xəbər verir.
Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, lakin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə bərabər, bəzi infrastruktur obyektlərinin açılışında da iştirak edəcək.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidentinin oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.