22 oktyabr dünyada 2 əlamətdar, maraqlı gün kümi qeyd edilir
“İNFONEWS” xəbər verir.
22 oktyabr dünyada bir neçə qeyri-adi əlamətdar gün kimi təqvimdə yer alıb. Bu gün dünyada həm “Beynəlxalq Kişilərin Sinir Sisteminin Qadınlardan Müdafiəsi Günü” və həm də “Kəkələyənlər Günü” kimi qeyd edilir.
Belə çıxır ki, kimsə ya özü evdə xanımının təzyiqindən əziyyət çəkib, ya da kişilərin belə bir problemini görərəkdən, onların dərdinə şərik çıxaraq bu bayramı təsis edib. Bu günü bayram edən kişilərin rahat pivə içmək, oturub səsli-küylü futbol izləmək, gecə gəzintisinə çıxmaq və s. kimi sərbətlik hüquqları var ki, bu gün qadınları onları müzakirə edə, “danlayıb-deyinə” bilməz.
Qeyd edək ki, “Beynəlxalq Kişilərin Sinir Sisteminin Qadınlardan Müdafiəsi Günü” haqqında eşidən əksər kişilər bu günü göz yaşları ilə qarşılayıblar.