Prezidentin radioda dinlədiyi mahnının ifaçısı DANIŞDI

Prezidentin radioda dinlədiyi mahnının ifaçısı DANIŞDI

“İNFONEWS” xəbər verir.

“Düzü ən gec xəbəri olan mən oldum. Gecəyarısı hamı mənə yazırdı. Sadəcə, hisslərimi ifadə edə bilmirəm. Mahnının məhz azad olunmuş o torpaqlarda dinlənilməsi qürurludur. İlk dəfə bu mahnını Respublika günündə Xınalıqda ifa etmişdim. Hər zaman deyirdim ki, nə gözəl vətənpərvər mahnım var və o vaxt çox arzulayırdım ki, torpaqlarımız azad olunandan sonra həmin mahnını orada oxuyum. Elə bil ki, ifa etmiş oldum. Mənim üçün böyük şərəfdir”

Bu sözləri müğənni İlhamə Qasımova AzTv-nin canlı efirində Prezident İlham Əliyev tərəfindən ifa etdiyi “Ey Vətən!” mahnısının dinlənilməsi ilə bağlı təssüratlarını bölüşdüyü zaman söyləyib.

Qeyd edək ki, 20 oktyabrda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər. Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Zəngilan səfərindən daha bir görüntü paylaşıb.

Sözügedən görüntülərdə İlham Əliyev Azərbaycan radiosunda müğənni İlhamə Qasımovanın ifa etdiyi Aslan Abdullayevin sözlərinə və Elza İbrahimovanın bəstəsinə yazılmış “Ey vətən !” mahnısını dinləyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir