Respublika Uşaq Kitabxanasının yenilənmiş saytının təqdimatı keçirildi
Respublika Uşaq Kitabxanasında yenilənmiş sayt və istifadəsi ilə bağlı təqdimat keçirildi.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası kitabxananın yeni loqotipi, saytındakı yeniliklər və istifadəsi ilə bağlı təqdimat etdi.
Təqdimatda C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları, gənc oxucular və s. iştirak etdilər.
“İNFONEWS” xəbər verir ki, təqdimatı giriş sözü ilə açan Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında qeyd etdi ki, müasir texnalogiyaların sürətlə inkişaf etdiyi bir dövrdə oxucuların istifadəsinə təqdim edilən kitabxananın yeni loqotipi və saytı istifadəçilərin tələblərinə uyğun hazırlanmışdır. Köhnə saytla müqayisədə yeni sayt daha sadə, istifadəsi rahat, əlçatan, yeni materiallarla zənginləşdirilmiş və xüsusi məna kəsb edən dizaynda yığılmışdır. Saytın yeni tətbiqinin istifadəsi daha rahat və istənilən zaman əlyetərlidir. Oxuculara xidmətdə müasir innovativ texnologiyaların genişləndirilməsi kitabxana üçün çox təqdirə layiq bir haldır. Yeni saytın mobil tətbiqi də yaradılıb. İlk dəfə olaraq saytda məhdudiyyətli uşaqlar üçün bölmə yaradılıb. Səsli resurslar sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı digər istifadəçilər üçün də açıq bir resursdur. Məqsəd sağlamlıq imkanları məhdud uşaqlara kitabxana xidməti göstərmək, onların sosial mühitə inteqrasiyasını təmin etməklə stiqmanı aradan qaldırmaqdır. Ş.Qəmbərova yüksək peşəkarlıq və həssaslıqla hazırlanan yeni saytın istifadəçilərə daha faydalı olacağını vurğuladı.
Daha sonra kitabxananın əməkdaşı sayt haqqında slaydın köməyi ilə ətraflı məlumat verdi.
Sayt Ssl adlı xüsusi sertifikatla mühafizə olunur. Manşetdə Xarıbülbülün rəngləri və F.Köçərlinin şəkli öz əksini tapır. Tarixdə bu gün saytın yeni bölməsidir. Burada əlamətdar günlər öz əksini tapır. Oxucuların yeni sayt vasitəsi ilə kitabxanaya abunə olmaq şansları da var. Bunun üçün saytda poçt ünvanlarını qeyd etmək kifayətdir. Ən başlıca yeniliklərdən biri də kitabxananın oxuculara toplu mesaj göndərmək imkanının olmasıdır. Belə ki, kitabxanaya daxil olan yeni kitablar, tədbirlər və s. məlumatlar oxucuya eyni anda ötürülə bilir. Multimedia bölməsində 300- dən çox uşaq mahnıları, səsli nağıllar, hekayələr, uşaq lətifələri, cizgi filmlər, səsli kitablar, dərsliklər həm PDF həm də səsli olaraq yerləşdirilib.
Sayt Azərbaycan, rus və ingilis dillərində yığılıb. Saytın sosial şəbəkələrdəki ünvanlarının hamısı eyni adla açılır. Qeyd olunanlarla yanaşı yeni sayt Google Play tətbiqi üzərindən mobil telefonlara yüklənir.
Aşağıdakı link vasitəsi ilə kitabxananın yeni saytı ilə tanış ola bilərsiniz
https://play.google.com/store/apps/details?id=com.abasoft.ushaqkitabxanasi