“Dünya Qarabağ qazilərinin və şəhid övladlarının gözü ilə“ adlı layihəyə start verilib

“Dünya Qarabağ qazilərinin və şəhid övladlarının gözü ilə“ adlı layihəyə start verilib

“İNFONEWS” xəbər verir.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası tərəfindən Azərbaycanın dünyada daha geniş miqyasda tanıdılması və Azərbaycan dövlətinin apardığı uğurlu və humanist siyasətin dünya ictimaiyyətinə
çatdırılması məqsədilə həyata keçirilən “Dünya Qarabağ qazilərinin və şəhid övladlarının gözü ilə“ adlı layihəyə start verilmişdir. Layihənin Fransadakı koordinatoru Fransa-Azərbaycan Dialoqu
Assosiasiyasının vitse–prezidenti Aytən Muradova, Azərbaycanın Əməkdar rəssamı, dosent Toğrul Nərimanbəyov Assosiasiyasının prezidenti Əsmər Nərimanbəyova, Bakı şəhərində isə layihənin
koordinatoru 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təsviri incəsənət“ dərnəyinin rəhbəri, Rəssamlar İttifaqının üzvü Leyla Əliyeva olmuşlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı İlə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi bu layihəyə qoşulmuşdur. Layihənin Bakı şəhərində həyata kecirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, idarənin baş məsləhətcisi Afiq Əzizov, mərkəzin direktoru Könül Mustafayeva “Qəhrəman ataların istedadlı övladları” adlı tədbirin keçirilməsinə
nəzarət və rəhbərlik etmişlər. Mərkəzin dərnək rəhbərləri – Rəssamlar İttifaqının üzvü Leyla Əliyeva, mərkəzin xoreoqrafı Natella Həsənova, mərkəzin şöbə müdiri Sevda Cəlilova şəhid və qazi
övladlarının yaradıcılıq qabiliyyətlərinin inkişafı üzrə master klasslar və məşğələlər təşkil edərək onlarla müxtəlif rəqs nömrələri və bədii kompozisiyalar hazırlamış, Azərbaycanı əks etdirəcək rəsmlər çəkmişlər. Çəkilən rəsmlər dünyanın müxtəlif sərgi salonlarında sərgilənəcəkdir.

Layihədə iştirak edən şəhid övladlarının siyahısı :
1. Abdullazadə Rüqayyə Rəşad qızı
2. Allahverdiyev Bəxtiyar Babək oğlu
3. Bağışzadə Amin Seymur oğlu
4. Əliyeva Xuşi Fəzail qızı
5. Həsənzadə Melisa Tofiq qızı
6. İşiyev Mehdi Rəfail oğlu
7. İşiyev Hüseyn Rəfail oğlu
8. Qənbərov Nurlan Mehman oğlu
9. Məmmədov Asim Rasim oğlu
10. Musayeva Arzu Sədi qızı
11. Musayev Süleyman Sədi oğlu
12. Novruzlu Nuray Mirzə qızı
13. Novruzlu Nihad Mirzə oğlu
14. Sadıqlı Yaşar Vüqar oğlu
15. Sadıqova Nərgiz Vüqar qızı
16. Sadıqova Zeynəb Vüqar qızı

Start verdiyimiz layihəyə 2 noyabr 2021-ci il tarixində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində şəhid övladlarının iştirakı ilə Zəfər Gününə həsr olunmuş “Qəhrəman ataların istedadlı övladları“ adlı sərgi və ədəbi-bədii kompozisiya ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir