Metronun “28 May” stansiyasında qatarlar niyə dayanıb?
Bakı metrosunda qatarların hərəkətində yaranan problemin səbəbləri bəlli olub.
“28 May” stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik dayandırılıb və bu səbəbdən “Həzi Aslanov-28 May” istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub. Başlıca prinsip sərnişinlərin təhlükəsizliyini təmin etməklə zəruri tədbirləri həyata keçirməkdir. Hər hansı təhlükə yoxdur. Hazırda məsələ araşdırılır”.
“İNFONEWS” xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib.