Marketdə yararsız məhsullar satışdan çıxarılıb
Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr. 25, m 6 ünvanında yerləşən, fiziki şəxs Əlili Vüsal Sülfəddin oğluna məxsus “Nərmin” marketdə plandankənar yoxlama keçirilib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Yoxlama zamanı marketdə istifadə müddəti bitmiş xörək duzu, müxtəlif növ süd məhsulları (qatıq, dovğa, mayonez), günəbaxan tumu məhsulu aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, məhsullar satış şəbəkəsindən çıxarılıb.