Neft Fondunun AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 612,1 milyon dollar olub.
“İNFONEWS” xəbər verir ki, ARDNF-dən Trend-ə verilən məlumata görə, 2001-ci ildən indiyə qədər Fondun AÇG yatağı üzrə əldə olunan ümumi gəlirləri 154,017 milyon dollar təşkil edib.
2007-ci ildən indiyə qədər ARDNF-nin “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 4,129 milyon dollar olub.
Bu il Fondun “Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından əldə olunan gəlirləri 461,921 milyon dollar, o cümlədən kondensat satışından əldə etdiyi gəlirlər isə 135, 235 milyon dollar olub.