Mərkəzi Banka yeni səlahiyyət verildi

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

İNFONEWS AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Dəyişikliyə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklərlə yanaşı, Azərbaycan Respublikasının Mərkəzi Bankı da müdafiə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir