Ərəb ölkələri üzrə AKŞ tərəfindən “ZƏFƏR Görüşü” keçirilib
“İNFONEWS” xəbər verir.
Noyabrın 5-də Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının koordinatorları və diaspor nümayəndələri ilə onlayn formatda Vətən müharibəsinin ildönümünə və Zəfər Gününə həsr olunan “ZƏFƏR Görüşü” keçirilib.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib, sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Sultan təşkilatçılığı ilə baş tutan onlayn-görüşdə Şuranın Ərəb ölkələri üzrə koordinatoru və BƏƏ üzrə kurator Nuranə Hüseynova, İordaniya üzrə koordinatoru Zumrud Dadaşova, BƏƏ üzrə koordinator – Emil Əliyev, Diasporun Misir ölkəsi üzrə sədr müavini Sadaqat Əliəşrəf və fəal diaspor nümayəndəsi Sandi Salem, Səudiyyə Ərəbistanı üzrə koordinator İfrat Bakirov və fəal diaspor nümayəndəsi Kəmalə Məcidli, Oman Krallığı üzrə koordinatorlar Vusalə Yusif və Səidə Xəlilova, Qatar dövləti üzrə fəal diaspor üzvü Emil Əliyev və digər fəallar məruzə ilə çıxış edib.
“ZƏFƏR Görüş”ündə qəhrəman Azərbaycan xalqının 28 illik həsrətinə son qoyulmasından, Qarabağın tacı Şuşanın düşmən işğalından azad edilməsi, Müzəffər Baş Komandan Cənab Prezidentin yürütdüyü uğurlu siyasətdən, ən əsası isə Vətən torpağı uğrunda canından keçən Şəhidlər, torpaqlarımızın düşünmədən azad edilməsi üçün sağlamlığımdan keçən Qazilərimiz və azərbaycan Ordusunun zəfərindən danışılıb. Eləcə də, görüşdə xaricdəki soydaşlarımızın bu gün də harada yaşamasından asılı olmayaraq ürəyinin xalqımızla bir vurması xüsusilə vurğulanıb.
Qeyd edək ki, Ərəb ölkələrində çalışan Azərbaycan diaspor nümaəndələri xüsusilə aktiv fəaliyyət göstərir ki, bu da öz əksini Azərbaycan və Ərəb ölkələrin arasında olan dostluq, siyasi əlagələr, turizm, iqtisadiyatın daha da güclənməsində tapır.
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!