E-Tvininq layihəsi bu il fəaliyyətinə ictimai-sosial videoçarx ilə start verib
“İNFONEWS” xəbər verir.
Azərbaycan və Türkiyənin birgə təşkilatçılığı, “Azərbaijani Ladies Club” (ALC) dəstəyi ilə həyata keçirilən “The Value Of Woman and Gender Equality In 21 st Century” e- Tvining layihəsi ikincici ilinə ictimai-sosial çağırış videoçarxı ilə start verib.
Türkiyənin Dənizli Pınar Baha Abalıoğlu Liseyinin müəllimi Elif Selçuk və Azərbaycanın Şirvan şəhəri B.Aslanov adına 16 saylı tam orta məktəbinin müəllimi Ceyhunə Cəfərlinin təşəbbüsü və əməkdaşlığı ilə təsis edilən bu layihə hər iki ölkənin müxtəlif şəhər və bölgələrindəki təhsil müəssisələrində həyata keçirilir ki, olduqca həssas mövzuları əhatə edir.
Layihənin kordinatorları Elif Selçuk və Ceyhunə Cəfərlinin məlumatına görə, bu layihə təkcə şagird və gənclərə deyil, eyni zamanda cəmiyyətə bir ismarıc göndərir. Zamanla cinsi bərabərsizliyə düçar olan qadınlar, xüsusilə, qız uşaqlarının qurbana çevrilməsi pandemiya dönəmində daha da dərinləşib. Qanayan yaraların köz bağlaması üçün növbəti 136 ili gözləməyə ehtiyac yoxdur; “İndi hərəkətə keçmək zamanıdır” şüarını əldə əsas tutub, qızların, qadınların evdə, məktəbdə, ali təhsildə, işdə, idmanda, yazılı və şifahi ədəbiyyatda ayrıseçkiliyə məruz qalmasının aradan qaldırılmasının vacibliyi layihədə dönə-dönə vurğulanıb.
Layihə beynəlxalq xarakter daşıyır. Azərbaycanda Kompüter Peşə Liseyindən Arzu Məmmədova, Bakı Zəngi Liseyindən Günay Quliyeva, Albaniyanın “Betim Muco” Liseyindən Tirane Şkolla İrena Biba, Albaniyadan Valbona Reçi Rreshen Peşə Liseyi Faničuska, Xorvatiyanın Strojačarska Tehnička Klassik Lice, “G. Nolfi – Apolloni” di Fano Liseyindən Umane Stefania Binucci, İstanbul Esenyurtdan Mehmet Baş, 15 İyul Şəhidlər Anadolu Liseyi, Bilgecan Tırampaoğlu, Türkiyədə İstanbul Büyükçekme Anadolu Liseyi, həmçinin İstanbul Küçükçekmece Prof. Dr. Sabahattin Zaim Anadolu Liseyindən Aynur Engin və Taner Süren, Antalya Erunal Sosial Elmlər Liseyindən Canan Yıldırım, Malatya Anadolu Liseyindən Mehmet Qorxmaz, Əskişəhər Eti Sosial Elmlər Liseyindən Sədife Demiral, Aydın Fen Liseyindən Keçiören Vatansever Şehit Aydoğan adlı Pınar Erkan layihənin fəal iştirakçılarıdır.
“İNFONEWS” komandası adından gündəmin ən aktual layihəsi sayılan “The Value Of Woman and Gender Equality In 21 st Century” e-Tvining layihəsi heyətinə gördülkəri işlərdə uğurlar arzulayırıq.