ALLAH RƏHMƏT ELƏSİN!
Azərbaycanın tanınmış memarı və rəssamı, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli
Rasim Əliyevin
yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik.
Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib.
Bu barədə sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkədə məlumat verib.
Qeyd edək ki, Gəncə şəhərində anadan olan memar, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metrostansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. O, 87 yaşında dünyasını dəyişib.
Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması da onun adı ilə bağlıdır.