Metroda problem yaranıb, sərnişinlər qatardan düşürülüb

Metroda problem yaranıb, sərnişinlər qatardan düşürülüb

Bakı metrosunda qatarın hərəkətində problem yaranıb.

“İNFONEWS” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə “Həzi Aslanov-Dərnəgül” marşrutu ilə hərəkət edən qatarda baş verib.

“Nəticədə qatara texniki baxış keçirilməsi üçün zərurət yaranıb. “Nəriman Nərimanov” stansiyasında sərnişinlər düşürülüb və qatar ən yaxın baxış məntəqəsi kimi, depoya göndərilib. Əvəzinə xəttə yeni qatar verilib. Bir dəqiqəlik yubanma olub”, – deyə qurum rəsmisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir