Bu tarixə qədər pensiyaların ödənişi yekunlaşdırılacaq
Respublika üzrə bütün pensiyaların noyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
“İNFONEWS” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumatda görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur. Pensiyaların orta aylıq məbləği isə 10% artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5% artaraq 358 manat təşkil edib.