Hakerlər FTB-nin elektron poçt sistemini sındırıblar
Hakerlər ötən gecə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) xarici e-poçt sistemini sındırıblar.
“İNFONEWS” xəbər verir ki, bu barədə FTB-nin açıqlamasına istinadən “Bloomberg” agentliyi xəbər verib.
Qurumun açıqlamasında deyilir: “Bu, hazırkı vəziyyətdir və biz əlavə məlumat verə bilmərik”.
Agentliyin məlumatına əsasən, spam və digər kibertəhlükələri izləyən “Spamhaus” layihəsinin iştirakçıları hakerlərin büronun elektron poçtu vasitəsilə on minlərlə kiberhücum xəbərdarlığı barədə məktub göndərdiklərini bildirdilər.
İlkin məlumatlara görə, söhbət məxfi olmayan məlumatların mübadiləsi və ötürülməsi üçün istifadə edilən xarici e-poçt ünvanından gedir.