Taksi sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb

Taksi sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb

“İNFONEWS” xəbər verir.

Xızı Rayon Polisi Şöbəsinin əməkdaşları taksi sürücülərinə qarşı törədilən dələduzluq faktının üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan alınan məlumata görə, vətəndaşlardan daxil olan müraciətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən Elnur Əsgəroğlu saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs ayrı-ayrı vaxtlarda taksi şirkətlərinə zəng edərək taksi sifariş verib və təyin olunan sürücülərlə telefonla əlaqə saxlayaraq onları Xızı Rayon Mərkəzi Xəstəxanasına yönləndirib. Sonra sürücülərə zəng edərək onlardan getdikləri yerdə ayrı-ayrılıqda 630 manat, 55 manat və 40 manat ödəniş etmələrini xahiş edib və bunun üçün onlara iki ədəd bank hesabı nömrəsi göndərib. İşi yekunlaşdırandan sonra ödədikləri məbləği və yol pulunu qaytaracağını vəd edib. Lakin, sürücülər tərəfindən bank hesablarına pul ödəndikdən sonra Elnur Əsgəroğlu ilə əlaqə yaratmaq mümkün olmayıb.

Təqsirləndirilən şəxs bundan başqa da ayrı-ayrı vaxtlarda müxtəlif taksi sürücülərinə qarşı eyni əməli törədib. Bütün toplanmış materiallar əsasında E.Əsgəroğlu barəsində protokol tərtib olunub.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir