Qarabağda turizmin inkişafı ilə bağlı layihə hazırlanıb
“İNFONEWS” xəbər verir.
Qarabağda turizmin inkişafı ilə bağlı Dövlət Turizm Agentliyi tərəfindən layihə hazırlanıb. İşağaldan azad olunan ərazilərdəki turizm resursları və obyektləri bu layihə əsasında qiymətləndiriləcək.
Bunu Dövlət Turizm Agentliyinin Regional Turizmin İnkişafı Sektorunun müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, prosesə Türkiyədən ekspert və mütəxəssislərin dəvət olunması da nəzərdə tutulur.
“Bundan başqa, işğaldan azad olunmuş ərazilərlə bağlı ilk günlərdən etibarən turizm strategiyası hazırlanıb və strategiyaya uyğun olaraq turizm marşrutlarının konsepsiyası hazırlanaraq müvafiq orqanlara təqdim edilib. İlk olaraq, “Yolumuz Ağdama”, “Yolumuz Füzuliyə” və “Yolumuz Xocavəndə” adlı turizm marşrutlarının konsepsiyası işlənib. Bunun əsasında gələcəkdə işğaldan azad olunan ərazilərə turist səfərlərinin açılacağı gündən etibarən müəyyən turların təşkili nəzərdə tutulur. Bu da sözsüz ki, gələcəkdə biznes tərəfindən əsas götürülə bilər” – deyə, qurum rəsmisi bildirib.