Arif Babayev: “Çox istəyərdim ki, mənim Ağdamda ev-muzeyim olsun”

Arif Babayev: “Çox istəyərdim ki, mənim Ağdamda ev-muzeyim olsun”

“İNFONEWS” “APA” -ya istinadən xəbər verir.

Atamın-anamın qəbrini tapa bilmədim. Şumlamışdılar oranı. Halbuki bir dəstə gül götürmüşdüm ki, onların qəbrinin üstünə qoyum. Onların qəbrini tapa bilmədim, ona görə də tanımadığım bir məzarına qoydum gülləri. Bilirsən, torpağımı görən kimi öpdüm, bağrıma basdım, cibimə doldurub gətirdim. Şükür ki, bu gün torpaqlar qayıtdı. Ordumuzun, İlham Əliyevin gücünə qayıtdı bu torpaqlar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Bunu Xalq artisti Arif Babayev müsahibəsində söyləyib.

Müxbirin  “O dağılan evi təzədən tikdirərdinizmi?” sualına hörmətli ustad sənətkar “Çox istəyərdim ki, mənim Ağdamda ev-muzeyim olsun” – dəyə cavablandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir