Tanınmış yazıçı Eluca Atalının yubiley yaşını TƏBRİK EDİRİK
“İNFONEWS” təbrik edir.
Bu gün tanınmış yazar, diaspor hərəkatının öncüllərindən olan Eluca Atalının yubileyidir, istedadlı soydaşımızın 55 yaşı tamam olur.
Qeyd edək ki, hazırda Stokholm şəhərində yaşayan və Kärsby məktəbində çalışan, İsveç Azərbaycanlıları Koordinasiya Şurası idarə heyətinin üzvü, tanınmış yazıçı, şair və publisist Eluca Atalı (Mədinə Hüseynova) ”Atlara güllə atmayın” “Azadlıq hekayələri”, “Tiqranizm Xocalıda” kitablarının, ”Qız və quzğun”, ”Ağ gəminin kapitanı”, “Ənqa quşu” uşaq əsərlərinin, “Adamdan üstün”, “Paşa Qəlbinur: biblioqrafiyası”, “Atillanın açıq pəncərəsi”, “Qum üstündə sərçələr”, “Milli monoloq”, “Gecikmiş oyuncaq”, “Bir udum azadlıq”, “Kərküklülər – təklənmiş türklər” siyasi məqalələr toplusunun, “Azərbaycanda ədəbiyyat: formalaşması, inkişafı, müasir dövrü və meylləri” adlı doktorluq işinin müəllifidir.
Eluca xanım Azərbaycan ədəbiyyatının təbliği ilə fəal məşğul olur, siyasi-sosial mövzularla bağlı mütəmadi olaraq xarici mətbuatda və sosial media şəbəkələrində çıxış edir.
“İNFONEWS” komandası olaraq, Eluca Atalını yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, yaradıcılığında və gördüyü bütün işlərdə uğurlar arzulayırıq.