Türk iş adamları Naftalana sərmayə qoyacaqlar
“İNFONEWS” xəbər verir.
Türkiyənin tanınmış “Sera Group” şirkətinin əməkdaşları Şükrü Çam, Pul Şener, Yılmaz Samet və Nuçin Zekeriya Naftalan şəhərində olublar.
Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzində olub, ulu öndər Heydər Əliyevin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən eksponatlara baxış keçiriblər.
Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov qonaqlarla görüşdə dünyada unikal müalicəvi neftə malik olan Naftalan şəhərinin turizm potensialı, eləcə də perspektivlər barədə geniş məlumat verib.
Şirkət rəhbərliyi bölgənin turizm məkanına çevrilməsində investisiya yatırmaqdan və qardaş ölkəyə fayda verməkdən məmnun olacaqlarını bildiriblər.