Ermənistanda yenidən “ara qarışdı, məzhəb itdi”

Ermənistanda yenidən “ara qarışdı, məzhəb itdi”

“İNFONEWS” xəbər verir.

 Deyəsən Ermənistanın baş nazir Nikol Paşinyanın vəziyyəti heç də ürək açan deyil.  44 günlük müharibədən uğursuzluqla çıxan Ermənistan sərhəddəki sonuncu qanlı qarşıdurmadan sonra daha da qarışıb.

Sputnik Armenia saytının məlumatına görə, bu gün səhər saatlarından İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir. Bəzi küçələrdə nəqliyyatın hərəkəti demək olar ki, bağlanıb.

Sayt bildirir ki, aksiyaların təşəbbüskarları başda Robert Koçaryana məxsus “Ermənistan”  fraksiyası, həm digər siyasi partiyalar, həm ictimai təşkilatlar, həm də fərdi şəxslərdir.

Vəkillər Palatasının keçmiş rəhbəri, Dirçəliş Partiyasının sədri Ara Zöhrabyan və tərəfdarları İrəvanın Arşakunyats prospektində mitinq keçirirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl Zöhrabyan  öz Feysbuk səhifəsində azadlıq hərəkatının başlanması barədə status yazmışdı:

“Nikol Paşinyanlar nələrə görə məsuliyyət daşıyır:

1. Silahlı qüvvələrin hərbi-texniki dəstəyinin düzgün təşkil edilməməsinə görə;

2. İran və Gürcüstanla münasibətlərin pisləşməsinə görə;

3. Rusiya ilə lazımi əməkdaşlığın təmin olunmamasına görə;

4. Danışıqlara dalana dirədiyinə görə;

5. Müharibə zamanı səfərbərliyin düzgün təşkil edilməməsinə görə;

6. Müharibə dövründə insanların gerçəklikdən kənarda saxlanılmasına görə;

7. Müharibə zamanı qarşılıqlı yardımın düzgün təşkil edilməməsinə görə;

8. Müharibəni tez bitirməməyə görə;

9. Sənədi hər kəsdən gizlin imzaladığına görə.

Bu vəziyyətdə hamımızın günahkarıq, ancaq məğlub olan səlahiyyətlilər getməlidir. Nikol Paşinyan getməlidir və gedəcək”.

Yeri gəlmişkən, Ermənistanda orta məktəb müəllimi baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunur.

(Adalet.Az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir