“Komanda uduzanda ona arxa durmaq lazımdır” – Aqil Abbas

“Komanda uduzanda ona arxa durmaq lazımdır” – Aqil Abbas

“İNFONEWS” “Adalet.Az” -a istinadən xəbər verir.

Özü də həm komandanın, həm də baş məşqçinin. Həftədə bir dəfə baş məşqçi dəyişəndə o komanda olmur, nəsə ayrı bir şey olur.

Mən «Qarabağ»ın azarkeşiyəm, amma qəlbimizdə bir «Neftçi» sevgisi var. «Neftçi» də hamımızındır. Vaxtilə «Neftçi» udanda sevincdən ağlamışıq, uduzanda dilxorçuluqdan.

«Neftçi» həm bu ölkənin, həm də bu xalqın qədim komandasıdı.

İndi baxıram, üç oyundu uduzublar, aləm dəyib bir-birinə. Tələb edirlər ki, Samir Abasov getsin. Samir Abasov komandanı çempion eləyəndə çiyninizə almışdınız, indi isə tapdalamaq istəyirsiniz?! Bir az kəmhövsələdi, çılğındı, nəticədə də cəzalanıb, neçə oyundu kənardan izləyir. Mənim fikrimcə, Samir Abasova vaxt verilməlidi, qoy «Neftçi» bu il çempion olmasın, dünya dağılmayacaq ki, «Neftçi» də dağılmayacaq.

Qurban Qurbanov «Qarabağ»a təzə gələndə iki-üç il çempion ola bilmədi. Nə dünya dağıldı, nə də «Qarabağ».

Bu gün «Neftçi»nin azarkeşləri onun yanında olmalıdırlar və daha böyük sevgi ilə, daha böyük qayğı ilə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir