BƏƏ Türkiyə iqtisadiyyatına 10 milyard dollar investisiya yatırır

BƏƏ Türkiyə iqtisadiyyatına 10 milyard dollar investisiya yatırır

“İNFONEWS” xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri Türkiyə iqtisadiyyatına sərmayə qoymaq üçün 10 milyard dollar ayırıb.

Bu barədə çərşənbə günü Ankarada keçirilən mətbuat konfransında BƏƏ Dövlət İnvestisiya Fondu – Abu Dhabi Development Holdinqinin idarə heyətinin sədri Məhəmməd Həsən əl-Suveydi bildirib.

Bundan əvvəl Türkiyə Respublikası Mərkəzi Bankı ilə Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

İmzalanma mərasimi Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın Ankaraya səfəri çərçivəsində baş tutub.

(Adalet.Az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir