Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlərlə görüşüb

Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlərlə görüşüb

“İNFONEWS” xəbər verir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlər – Humboldt mükafatını almış ilk azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev və 2011-2021-ci illərdə Kanadanın Vaterlo Universitetinin prezidenti olmuş Ferudin Həmdullahpur ilə görüşüb.

Komitənin mətbuat xidmətinin məlumatına görə, qonaqları salamlayan F.Muradov xaricdə fəaliyyət göstərən elmi diaspor üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, onların həyat və fəaliyyətinin gənc diaspor üzvləri üçün nümunə olduğunu bildirib.

Görüş zamanı Azərbaycan həqiqətlərinin təbliğinə hesablanmış və Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” barədə məlumat verilib, xaricdə Azərbaycanı layiqincə təmsil edən elm adamlarının diaspor fəaliyyətində iştirakının əhəmiyyəti vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir