Xəzər dənizində zəlzələ qeydə alınıb
Noyabrın 27-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yerli vaxtla saat 03:44-də qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3,4-ə bərabər olub.