Əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb

Əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb

Bu günə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib.

Bu barədə “İNFONEWS”-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, həmin vətəndaşlar müvafiq sertifikatla təmin olunub.

“Səhiyyə Nazirliyinin sosial şəbəkə hesablarına əks-göstəriş sertifikatları ilə bağlı daxil olan çoxsaylı müraciətlərə cavab olaraq bildiririk ki, bugünə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib”, – məlumatda qeyd edilir.

Qeyd edək ki, COVID-19 əleyhinə vaksin vurulması tövsiyə olunmayan şəxslərə (süd verən analar, hamilə qadınlar, allergik xəstəliklərdən əziyyət çəkənlər) əks-göstəriş sertifikatı verilir. Azərbaycanda əks-göstəriş sertifikatının verilməsinə avqustun 9-da başlanılıb. Bunun üçün Səhiyyə Nazirliyinin xüsusi komissiyası yaradılıb. Əks-göstəriş sertifikatı almaq istəyən şəxs birinci növbədə poliklinikaya, öz sahə həkiminə müraciət etməlidir. Əgər şəxsin ambulator kartında həmin xəstəliyi təsdiq edən göstəricilər varsa, həmin xəstələr protokollaşdırılır. Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və qərar vətəndaşa göndərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir