Azərbaycanda yeni “omikron” ştammı aşkarlanmayıb
Azərbaycanda COVİD-19-un yeni “omikron” ştammı aşkarlanmayıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzindən “İNFONEWS” verilən məlumata görə, mərkəzin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb:
“Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində “cluster” tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb”, – mütəxəssis əlavə edib.
Xatırladaq ki, Afrikanı cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omikron” hərfi ilə adlandırılıb. Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir.