E-Tvining layihəsi: “Qloballaşan Dünyanın daha da yaxşılaşdırılması”, “Oyun gecəsi” və “P4C Workshop”
“İNFONEWS” xəbər verir.
Azərbaycan və Türkiyənin birgə təşkilatçılığı, “Azərbaijani Ladies Club” (ALC) dəstəyi ilə həyata keçirilən “The Value Of Woman and Gender Equality In 21 st Century” e- Tvining layihəsi çərçivəsində E-Tvining layihəsi: “Qloballaşan Dünyanın daha da yaxşılaşdırılması”, “Oyun gecəsi” və “P4C Workshop” mövzusunda gənclərlə növbəti seminar keçirib.
Layihənin koordinatoru Türkiyənin Dənizli Pınar Baha Abalıoğlu Liseyinin müəllimi Elif Selçukun tədbir haqqında verdiyi məlumatına görə, bu seminarlar şagirdlərin analitik və tənqidi düşünmə bacarıqlarına, özünü ifadə etmələrinə, eləcə də özlərinə bir fərd kimi yanaşmaları istiqamətində mühüm əhəmiyyət daşıyır. Həmçinin, layihə prosesində uşaqların sosial, emosional və koqnitiv inkişaflarını izləmək olduqca vacib aspektlərdən olmasını vurğulayıb.
Layihənin digər koordinatoru Azərbaycanın Şirvan şəhəri B.Aslanov adına 16 saylı tam orta məktəbinin müəllimi Ceyhunə Cəfərli dayanıqlı inkişafın Dünyanın yaxşılaşdırılması istiqamətində görülən işlərin əsas parçası olmasını bildirərək, P4C Workshop mövzusunda iştirakçılara geniş məlumat verib.
Elif Selçuk oyunlar vasitəsilə şagirdlər tərəfindən dərs materiallarının qavranması metodikasının effektivliyi və bunun şagirdlər üçün əhəmiyyətindən danışaraq, fənlərin əyləncəli şəkildə öyrədilməsi ilə yaddaşlarda uzun müddət qalıcılığını xüsusilə vurğulayıb.
Bu metodikanın tətbiqi prosesi haqqında ətraflı məlumat verən Elif Selçuk, gənclərin rəqəmsal aləmə olan maraqlarını nəzərə alaraq, “Oyun gecəsi” vasitəsilə dərslərə fokslanmalarının uğurlu nəticə verəcəyini bildirib.
Layihənin beynəlxalq tərkibli olmasını qeyd etmək istərdik: Azərbaycanda Kompüter Peşə Liseyindən Arzu Məmmədova, Bakı Zəngi Liseyindən Günay Quliyeva, Albaniyanın “Betim Muco” Liseyindən Tirane Şkolla İrena Biba, Albaniyadan Valbona Reçi Rreshen Peşə Liseyi Faničuska, Xorvatiyanın Strojačarska Tehnička Klassik Lice, “G. Nolfi – Apolloni” di Fano Liseyindən Umane Stefania Binucci, İstanbul Esenyurtdan Mehmet Baş, 15 İyul Şəhidlər Anadolu Liseyi, Bilgecan Tırampaoğlu, Türkiyədə İstanbul Büyükçekme Anadolu Liseyi, həmçinin İstanbul Küçükçekmece Prof. Dr. Sabahattin Zaim Anadolu Liseyindən Aynur Engin və Taner Süren, Antalya Erunal Sosial Elmlər Liseyindən Canan Yıldırım, Malatya Anadolu Liseyindən Mehmet Qorxmaz, Əskişəhər Eti Sosial Elmlər Liseyindən Sədife Demiral, Aydın Fen Liseyindən Keçiören Vatansever Şehit Aydoğan adlı Pınar Erkan layihənin fəal iştirakçılarıdır.