Hava proqnozu: 30 noyabrda Azərbaycanda hava necə olacaq?

Hava proqnozu: 30 noyabrda Azərbaycanda hava necə olacaq?

“İNFONEWS” xəbər verir.

Azərbaycanda noyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10°, gündüz 13-17° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir