“Son vaxtlar uşaqlıqda sevdiyim kitablar məni yenidən özünə cəlb edir”
“İNFONEWS” xəbər verir.
“Microsoft”un yaradıcısı Bill Qeyts öz bloqunda Yeni il bayram tətillərində mütaliə üçün 5 kitab tövsiyə edib.
Bill Qeyts uşaqlıqdan elmi fantastikanı çox sevdiyini deyib. B.Qeytsin sözlərinə görə, o, “Microsoft”un həmtəsisçisi Paul Allen ilə birlikdə Ayzek Azimovun “Təməlçilər” silsiləsindən ilk 3 romanın müzakirəsinə saatlarla vaxt sərf edə bilər. O, həmçinin Edqar Rays Berrouz və Robert Haynlaynın bütün kitablarını oxuduğunu, xüsusilə, “Ay – sərt sahibədir” (“The Harsh Mistress – The Moon”) kitabının ən sevimli əsəri olmasını qeyd edib. Q, məhz bu hekayələrdə həyəcanverici məqamları tapmasını, bu əsərlərdə mümkünsüzlüyün sərhədlərinin pozulmasını hiss edib.
Yaşım artdıqca bədii ədəbiyyat oxumaqdan uzaqlaşdım. İnnovasiyalarla bağlı kitablarla maraqlanırdım, real dünyamız haqqında mütaliəni daha vacib hesab edirdim. Ancaq son vaxtlar uşaqlıqda sevdiyim kitablar məni yenidən özünə cəlb edir. Bu il mənim bayram mütaliə siyahımda iki möhtəşəm elmi-fantastik hekayə var. Birinci əsərdə hadisələr günəşin təxminən 12 işıq ili əvvəl, digəri isə müasir ABŞ-da baş verir. Lakin hər iki kitab məni insanların problemlərini həll etməsində texnologiyalardan necə istifadə edə biləcəyi barədə düşünməyə vadar etdi. Mən həmçinin siyahıya elmi ədəbiyyat da əlavə etmişəm ki, bu kitab mənə tarixin ən məşhur şəxsiyyətlərindən birinə yeni baxış bucağından baxmağa məcbur etdi.
Şəxsi bloqunda izləyiciləri ilə bu fikirlərini paylaşan Bill Qeytsin tövsiyə etdiyi kitabların siyahısını sizlərə təqdim edirik:
- Jeff Xokins “1000 beyin: İntellektin yeni nəzəriyyəsi
- Uolter Ayzekson “Şifrə sındıran qız: Ceniffer Dudna, genlərin dəyişdirilməsi və insan nəslinin gələcəyi”
- Kadzuo İsiquro “Klara və Günəş”
- Meqqi O’Farrelli “Hamnet”
- Endi Veyer “Hail Mari layihəsi”