Bu gün Azərbaycanda koronavirusa yoluxma SAYI – 30 noyabr

Bu gün Azərbaycanda koronavirusa yoluxma SAYI – 30 noyabr

“İNFONEWS” xəbər verir.

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1678 yoluxma faktı qeydə alınıb, 1934 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 588 min 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 554 min 749 nəfər müalicə olunaraq sağalıb, 7 min 856 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 713 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 620, bu günə qədər isə ümumilikdə 5 milyon 539 min 284 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir