Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4189 yeni yoluxma faktı qeydə alınıb, 2072 nəfər sağalaraq evə buraxılıb.
“İNFONEWS” xəbər verir ki, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib.
Qeyd edək ki, indiyədək ölkəmizdə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1 510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqə
dar 17 609, bu günə qədər isə ümumilikdə 1 781 218 test nümunəsi götürülüb.