“İNFONEWS” – 1 yaş

“İNFONEWS” – 1 yaş

Bizim 1 yaşımız var – “İNFONEWS” keçən ilin bu günü fəaliyyətə başlayıb

2 dekabr “İNFONEWS” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından bir il ötür.

Dəqiqlik, tərəfsizlik, ölkədə və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri, əhəmiyyətli xəbərləri operativ işıqlandırmaq məqsədilə yola çıxan “İNFONEWS” artıq bir ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində qarşıya qoyulan məqsədlərini –  ölkə Prezidenti və dövlətin qərar və sərəncamlarını,  eləcə də dünyada və ölkədə baş verən ən zəruri hadisələri, geniş oxucu-izləyici auditoriyasına çatdırmaq olub.

Geriyə dönüb baxanda bir-birindən maraqlı müsahibələr, ən aktual mövzuları ictimaiyyətin müzakirəsinə çıxarılma, yaranmış problemlərə həm elmi, həm ictimai, həm də ekspert prizmasından yanaşma, vətənimizi ölkə kənarlarında tanıdan, gördüyü işlərlə hər zaman xalqın yanında olan soydaşlarımızın fəaliyyətini gündəmə gətirilməsi, xüsusən də yarandığı gündən rəngarəng layihələri ilə geniş ziyalı auditoriyasının qazanıldığını görmək olar.

“Faktlara dayanan TARİXİMİZ”, “Ədəbiyyatdan namələr”, “Diqqət mərkəzi: ŞƏHİDLƏR”, “Rumi belə söyləmişdir”, “Yeni kitabımız var”, “Özündən soruşduq” və digər layihələr olduqca böyük marağa səbəb olub. Xüsusilə də, “Hava proqnozu balacaların təqdimatında” layihəsi ən sevilən layihə-rubrikalardan birinə çevrilib.

Bu bir il ərzində “İctimai nəzarət” isə ən aktual mövzuları əhatə edib. Redaksiyaya gələn məktub və müraciətlərin diqqətlə araşdırılıb, dolğun cavablandırılması oxucu-izləyicilərin məmnunluğuna, minnətdarlıq hissinə səbəb olub. Bir çox  qaranlıq məqamlara aydınlıq gətirilib.

Ümidvarıq ki, “İNFONEWS” komandası olaraq, böyük həvəs, hörmət, sevgilərlə hər zaman yanınızda olacağıq.

Bizi SEVİN, Bizi İZLƏYİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir