Türkiyədə yeni növ koronavirus infeksiyasına 15 yoluxma halı aşkarlanıb.
“İNFONEWS” xəbər verir ki, bu haqda məlumatı Türkiyə Respublikasının Səhiyyə naziri Fahrettin Koca özünün twitter hesabında yazıb.
O qeyd edib ki, virusun aşkarlandığı şəxslər Türkiyəyə Böyük Britaniyadan gəliblər. Hazırda onlar nəzarət altındadır. Bununla bağlı Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.