ALLAH RƏHMƏT ELƏSİN!
AMEA-nın Tarix institutunun kollektivi AMEA müxbir üzvü, tarixçi
Fəridə Cəfər qızı Məmmədovanın
vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.
Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-ci ildə Azərbaycan SSR Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olmuş, 1955–1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsinda təhsil almışdır.
1960-cu ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlamış, 2002-ci ildən isə “Azərbaycanın tarixi coğrafiyası” (hazırda “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası”) şöbəsinin müdiri olmuşdur.
1962–1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçmiş və oranın aspirantı olmuşdur: qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcu dillərini bilirdi.
O, 1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” tarix üzrə namizədlık, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru, daha sonra həqiqi üzvü; 1993-ci ildə AMEA tarix elmləri doktoru, 2001-ci ilda AMEA müxbir üzvü seçilmişdır.