Jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır
“İNFONEWS” xəbər verir.
Jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər.
Bu barədə “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsində bildirilib.
Qeyd olunub ki, media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləmir, internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.