Azərbaycanda 1109 nəfər COVID-19-a yoluxub, 17 nəfər ölüb

Azərbaycanda 1109 nəfər COVID-19-a yoluxub, 17 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 109 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS”-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 602 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 573 034 nəfər müalicə olunaraq sağalıb, 8 055 nəfər vəfat edib, aktiv xəstə sayı 21048 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 532, ötən müddət ərzində isə ümumilikdə 5 655 385 test aparılıb.

Azərbaycanda 1109 nəfər COVID-19-a yoluxub, 17 nəfər ölüb
Azərbaycanda 1109 nəfər COVID-19-a yoluxub, 17 nəfər ölüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir