“Oğuz Xanın məzarının olduğu yerlər postlarımızdan seyr edilir”
Göyçə gölü və Göyçə mahalının yüksəklikləri və zirvələri, Oğuz xanın məzarının olduğu yerlər Şanlı Azərbaycan Ordumuzun nəzarətindədir. Bizim postardan doğma Basarkeçər rayonunu, onun Zərkənd kəndinin biçənəklərini seyr etmək olduqca sevindiricidir. Bu kəndin adı Kut olaraq dəyişdirsə də, elə “kut” sözünün özü də türklərdən oğurlanan sözdür. Mühüm strateji əhəmiyyətə malik olan bu ərazilər gələcəkdə əzəli və əbədi yurdlarımıza qovuşmaqda əsas rol oynayacaqdır.
Bu fikirləri “İNFONEWS” ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Beynəlxalq münasibətlər və diplomatiya” kafedrasının müəllimi, UNEC-in İqtisadiyyat fakültəsinin katibi, Siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov bölüşüb.
“Zərkəndlə aramızdakı məsafə cəmi 3 kilometrdir. Bu, o deməkdir ki, biçənəklər, buz bulaqlar, yəni kəndin içməli su mənbələri əlimizdədir. Kəndlərdən ermənilərin rədd olması üçün, eləcə də Göyçə mahalının özümüzə qaytarılması üçün silah atmadan, bəzi addımları ata bilərik. Məsələn, birincisi, müşahidəmə görə, oradakı bütün kəndlərə xaricdəki erməni lobbisi günəş enerjisiylə işləyən stansiyalar qurub. Qışı sərt keçən bir iqlimdə bu qurğuları sıradan çıxartmaq olar. İkincisi, biçənəkləri ələ keçirməklə, ermənilərin kənd təsərrüfatına zərbə vura bilərik. Üçüncüsü, kəndlərin və Göyçə gölünün su mənbələri ərazilərimizdən keçir ki, buna da qurutmaq yolu ilə mane olmalıyıq.” – deyə, Pərviz müəllim əlavə etdi.
Sonda Pərviz Səmədov əldə etdiyi şəkilləri izəyicilərimizə təqdim etdi.