Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib

Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib

“İNFONEWS” xəbər verir.

Dekabrın 14-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova və teatr sektorunun müdiri Könül Cəfərova Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi ilə görüşüb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, görüşdə teatrın repertuarı, yaradıcı mühit, kollektivin pandemiya və postpandemiya dövründəki fəaliyyəti müzakirə olunub, teatrın binasına baxış keçirilib. Nazirin birinci müavini E.Əliyev teatrın texniki təchizat problemləri və binanın vəziyyəti ilə yerində tanış olub.

Nazirlik rəsmiləri Pantomima Teatrının milli teatr prosesindəki rolundan danışıb, onun əhəmiyyətini qeyd ediblər. Yaradıcılıq fəaliyyətini qiymətləndirərək kollektivə uğurlar arzulanıb, bundan sonra da kollektivə zəruri dəstəyin göstəriləcəyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir