“Böyük yolun Müzəffər davamçısı” kitabının təqdimatı olub
“İNFONEWS” xəbər verir.
Dekabrın 21-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən konfrans çərçivəsində “Böyük yolun Müzəffər davamçısı” kitabının təqdimatı olub.
Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan kitabın təqdimatı zamanı nəşrin məsləhətçisi və “Ön söz”ünün müəllifi, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov onun məzmunu və qayəsi barədə konfrans iştirakçılarına məlumat verib.
Bildirilib ki, kitab bugünkü dünya siyasətində öz layiqli yerini tutan görkəmli dövlət xadiminin, istedadlı Sərkərdənin, Azərbaycan xalqının tarixinə Zəfər Günü yazdıran Prezident İlham Əliyevin keçib gəldiyi, uzun illər getməkdə davam edəcəyi yolun mahiyyətini açmaq məqsədilə hazırlanıb.
Tahir Budaqov bildirib ki, böyük dövlət xadiminin titanik fəaliyyətini əks etdirən ən yaxşı əsərlər belə o fəaliyyətin arxasında dayanan gərgin zəhməti tam ifadə etməkdə acizdir.