“Qarabağda ilk ağıllı kəndin bərpası yekunlaşmaq üzrədir”

“Qarabağda ilk ağıllı kəndin bərpası yekunlaşmaq üzrədir”

“İNFONEWS” xəbər verir.

Qarabağda artıq ilk ağıllı kəndimizin bərpası yekunlaşmaq üzrədir.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” elmi-praktik konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bölgədə Araz vadisi və Ağdam sənaye parklarının yaradılması kənd təsərrüfatının inkişafına da mühüm təsir göstərəcək.

“Torpaqlarımızın azad edilməsi qarşımıza bu ərazilərin aqrar potensialından istifadə etmək vəzifəsini qoyub. Azad olmuş ərazilərdə quruculuq işləri ağllı kənd və ağıllı şəhər konsepsiyası əsasında aparılır, ən müasir aqrar innovasiyalar tətbiq olunur. Minalardan təmizlənmiş ərazilərdə payızlıq və yazlıq əkinlər aparılıb”, – nazir deyib.

İ.Kərimov əlavə edib ki, həmin ərazilərdə heyvan xəstəliklərindən azad zonaların yaradılması üzrə də aidiyyəti qurumlarla birgə iş aparılır.(trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir